Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz anası Dursun nənə dünyasını dəyişdi

ELAZ.İNFO xəbər verir ki, dünən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz anası Dursun nənə dünyasını dəyişib. Dursun nənənin vəfatı xəbəri bizi dərin kədərə boğdu.

Dursun ana təkcə bir övlad anası deyil, bir Vətən fədaisinin anası idi. O, ömrünü mərdlik, sədaqət və şərəf kimi uca dəyərlərlə yaşayıb, oğlunun qəhrəmanlığı ilə xalqımıza örnək olan bir ömür sürüb. Onun ruhunda da, həyat tərzində də qürur və mərdlik vardı. Bu gün biz yalnız bir ananı deyil, xalqın mənəvi dayaqlarından birini itirdik.

Bu ağır və sarsıdıcı itki ilə əlaqədar mərhumənin ailəsinə, doğmalarına, onu tanıyan və sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbr və mərhəmət diləyirəm.

Allah Dursun anaya rəhmət eləsin, məkanı cənnət, ruhu nur içində olsun.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights