Azərbaycanın Hərbi Hava Qüvvələri arsenalının əsasını qoyan qəhrəman

Vaqif Qurbanov!!! Bu ad bəlkə də çoxlarına tanış deyil, amma tanımaq hər bir azərbaycanlının borcudur!
Baş leytenant Vaqif Qurbanov 1967-ci ildə anadan olub, ali hərbi təhsil aldıqdan sonra SU-25 hərbi təyyarələrindən ibarət keçmiş SSRİ silahlı qüvvələrinin Sitalçaydakı eskadrilyasında xidmətə başlayır.

1992-ci ilin aprel ayında xidmət yerindən leytenant Fuad Məmmədov, çavuş Akif Quliyev və baş texnik Gülbudaq Binyətovun köməyilə SU-25 hərbi təyyarəsini qaçıraraq, yenicə müstəqillik qazanmış Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil etmişdir. Baş leytenant Qurbanov dəfələrlə Şuşa, Əskəran, Xankəndi və Qarabağımızın digər işğal altında olan ərazilərinə uçuşlar etmiş, düşmənə sarsıdıcı zərbələr vurmuşdur.

Sonuncu dəfə 13 iyun 1992-ci ildə növbəti üçüş zamanı Xankəndi yaxınlığında təyyarəsi vurulmuş, özü katapulta vasitəsilə təyyarədən atılmışdır. Hadisə şahidlərinin sözlərinə görə hələ paraşütlə göydə olan zaman ermənilər tərəfindən güllə yağışına tutulmuşdur. Sağ qalması ehtimalı nəzərə alınaraq döyüşçülərimiz ərazilərdə axtarışlar aparsalar da, nəticəsiz qalmışdır. Ona Milli Qəhrəman adı verilməsi üçün təqdimat hazırlansada Surət Hüseynov tərəfindən gözləmək məqsədəuyğun hesab edilmişdir. Ümumiyyətlə həmin təyyarənin qaçırılmasında rol oynamış heç kəs mükafatlandırılmamışdır.
Allah rəhmət eləsin!
Qəhrəmanlar unudulmur!

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights