Azərbaycanda quraqlıq təhlükəsi

ELAZ.İNFO xəbər verir ki, Qərbi azərbaycan əyalətinin bütün bölgələrində quraqlıq və su çatışmazlığı hökm sürür.

Bu haqda əyalətin regional Su Şirkətinin müdiri Məcid Rəstqari məlumat yayıb.

O, bildirib ki, əyalət bəndlərinə axan suyun miqdarı əvvəlki illə müqayisədə 67% azalıb.

“Meteoroloji məlumatlara görə, əyalət ərazisinin 99 faizi quraqlıqdan əziyyət çəkir, Urmiya şəhərində isə ərazilərin 73 faizi çox şiddətli quraqlıqla üzləşib”,- Rəsstqari əlavə edib.

Regional Su Şirkətinin müdiri  əyalətin su ehtiyatlarının 90 faizindən çoxunun kənd təsərrüfatı sektorunda istehlak olunduğunu söyləyib:

“Bu tendensiyanın davam etməsi torpaq çökməsinə və yeraltı suların şoranlaşmasına səbəb ola bilər” .

Emin Azəri ƏRDƏBİL

Bizimlə oxuyun
Verified by MonsterInsights