2,5 milyon ağıllı sayğac quraşdırılacaq“ ELAZ.İNFO xəbər verir ki, 17 iyul 2025-ci il tarixində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və BƏƏ-nin “Esyasoft Holding” LTD şirkəti arasında ağıllı qaz şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.SOCAR-ın yaydığı məlumatda bildirilir ki, layihənin əsas məqsədi qabaqcıl ağıllı qaz idarəetmə sistemi texnologiyalarının tətbiqi sayəsində Azərbaycan ərazisində qazın paylanması sahəsində əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq, habelə “Azəriqaz” İB-nin göstərdiyi xidmətlər üzrə müştəri və vətəndaş məmnunluğunu yüksəltməkdir.
