ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda ilk aptek 1850-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsindəki balıq vətəgəsi xəstəxanasının nəzdində fəaliyyətə başlayıb.
Bu aptek balıqçılar arasında epidemiyaların yayılmasına qarşı mübarizə məqsədilə yaradılıb və əvvəlcə gəmidə, sonra isə xəstəxana binasına yerləşdirilib.
Bu aptek o dövrdə bölgədəki bütün tibbi ehtiyacları qarşılayırdı və Bakı, Gəncə, Lənkəran kimi şəhərlərdən deyil, hətta uzaq şəhərlərdən də çətin əldə olunan dərman almaq üçün buraya müraciət edirdilər.
Aydan