Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

ELAZ.İNFO xəbər verir ki, Demokratiya Günü 2007-ci ildə BMT Baş Assambleyası tərəfindən yaradılıb və hər il sentyabrın 15-də qeyd olunur. Bu tarix 2008-ci ildə yeni və bərpa edilmiş demokratiyaların 20 illiyinə həsr olunan beynəlxalq konfransında müəyyən edilib.

BMT dünyada demokratiyanın vəziyyətinə diqqət çəkmək üçün dövlətləri, regional, hökumətlərarası və qeyri-hökumət təşkilatlarını yeni bayramın qeyd edilməsinə çağırış edib.

Demokratiya yalnız məqsəd deyil, bir prosesdir və yalnız beynəlxalq ictimaiyyətin, dövlət orqanlarının, cəmiyyətin və fərdi vətəndaşların tam iştirakı və dəstəyi ilə dünyanın hər yerində demokratiyanın ideallarını həyata keçirmək mümkündür.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights