ELAZ.İNFO xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti 15-16 sentyabrda Qırğızıstanın Cəlal-Abad şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) “Davamlı Turizmin İnkişafı” mövzusunda Beynəlxalq Turizm Forumunda Azərbaycanı təmsil edib.
Forum çərçivəsində çıxış edən K.Quluzadə turizmin ölkə iqtisadiyyatının ən dinamik sahələrindən biri kimi inkişaf etdiyini, eyni zamanda davamlı və inklüziv turizmin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycanın həyata keçirdiyi təşəbbüslər barədə iştirakçılara məlumat verib, yeni turistik marşrutlarının yaradılması, ekoturizm layihələrinin reallaşdırılması, eləcə də plastik tullantıların azaldılması üzrə proqramların icrasını diqqətə çatdırıb.
Aydan
