ELAZ.İNFO . Autizm statistikasına baxış
Autizm Spektri Pozuntusu neyro inkişaf pozuntusu olub, sosial qarşılıqlı əlaqədə davamlı çətinliklər, təkrarlanan davranışlar, maraq və ya fəaliyyətlərin məhüdudluğu ilə özünü biruzə verir. Günü gündən ASP diaqnozu alan uşaqların sayının çoxalması onun səbəblərinin araşdırırlması, yayılmasının öyrəniməsini diqqət mərəzinə gətirir. CDC (Amerikanın Xəstəliklərə Nəzarət Komitəsi 1996-cı ildən etibarən ASP-nin yayılmasını izləyir. İlk olaraq bu izlənmə Corciya ştatının Atlanta şəhərində həyata keçirilməyə başlayan bu araşdırma daha sonra 11 bölgəni əhatə etdi. Bu məqsədlə CDC Autizm və İnkişaf Geriliklərinin Monitorinqi (Autism and Developmental Disabilities Monitoring Network (ADDM)) şəbəkəsini qurdu. ADDM tədqiqatları Amerikanın 11 bölgəsində yaşayan 8 yaşındakı uşaqların sağlıq və xüsusi təhsil müəssisələrində qeydiyyatlarından əldə edilmiş məlumatlar üzrə araşdırma nəticələrini bizə təqdim etdi. Məlum oldu ki, 8 yaşlı uşaqlar arasında ASP demoqrafik xüsusiyyətlərə görə yayılmada, uşaqların qiymətləndirildiyi və ASP diaqnozunun qoyulduğu yaşlarda, intellektual geriliyin birgə mövcudluğunda fərqliliklər göstərir. (ADDM hesabatı, 2016)
ADDM-nin apardığı tədqiqatların xülasəsində (mart 2020) göstərilir ki, ASP olan uşaqların yarısının 36 aylıq yaşa qədər inkişaf qiymətləndirilməsi yoxdur. Bu o deməkdir ki, bu yaşadək bu uşaqlar heç bir müdaxiləyə cəlb olunmayıblar. Həmçinin icmalar arasında həm ASP yayılması, həm də ASP-nin diaqnoz qoyulduğu yaşlarda əhəmiyyətli dəyişkənlik olduğu bildirilib. Ortalama diaqnozun qoyulduğu yaş həddinin 51 ay olduğu müəyyən edilir. Autizmin rast gəlməsinin cinsiyyət fəqrliliyi göstərdiyi və bunun oglanlarda qızlara nisbətən 4.3 dəfə daha çox rast gəlindiyi, həmçinin autizmin bütün irq və etnik qruplarda meydana çıxa bildiyi də diqqətə çatdırılır. ASP olan uşaqların 33%-i intellektual gerilikli olaraq təsnif edilmişdir və 2000-ci ildə ASP-nin yayılma tezliyinin 150-də 1 olduğu, 2020- ci ildə isə bu rəqəmin 36-da 1 olduğu aydınlaşdırılmışdır.
Azərbaycan statistikasına gəldikdə 2020-ci ilin hesabatına görə qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli uşaqların sayı isə 46 nəfərdir. 0-13 yaş aralığında həyatında ilk dəfə nevroloqa müraciət edən autizimli uşaqların sayı 367 nəfərdir (mənbə Psixi Sağlamlıq Mərkəzi, Bakı, Azərbaycan). Azərbaycanda autizm diaqnozlu insanların dəqiq statistikası aparılmasa da, bu rəqəmin 6000-ə yaxın olduğu deyilir.
Ülviyyə MİRZƏYEVA
Uşaq inkişafı üzrə mütəxəssis, həkim
ELAZ.İNFO