ELAZ.İNFO xəbər verir ki, bu həşarat Azərbaycan vətəndaşlarını aldadıb tələyə salırmış, onları özünün də nökərçilik etdiyi xarici ölkələrdən birinin xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verirmiş.
Əməkdaşlıq etməyənlərin isə həmin xarici ölkədə həbs edilmələrinin təşkilində yaxından iştirak edirmiş.
Söhbət “Abu Malik” təxəllüslü Əliyev Məhəmməd Şirin oğlundan gedir.
Bu mənfur ünsür Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyat-istintaq tədbirləri nəticəsində ələ keçirilərək Azərbaycana gətirilib və məhkəmə qarşısına çıxarılıb.
Beləliklə, öz ətrafında radikal dini təriqətə meyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev bu dəfə özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb və cinayət məsuliyyətinə cəlb edilib. O, dövlətə xəyanət maddəsi ilə həbs olunub.
P. S. Terrorçuluğa və separatçılığa yalnız zəkasız, ağılsız insanlar üz tuturlar.
Bəybala MİRZƏYEV
