ELAZ.İNFO xəbər verir ki, NATO Parlament Assambleyasının sessiyasında Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasına və ratifikasiyasına ümid etdiyini bildirib.
O, Türkiyə ilə münasibətlərin normallaşdırılmasının prioritet olaraq qaldığını, İrəvanın dərhal diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazır olduğunu vurğulayıb.
Rubinyan bildirib ki, ”Ermənistan təhlükəsizlik sistemini diversifikasiya etməyi hədəfləyir və Şərqlə Qərb arasında tranzit qovşağına çevrilə bilər.”
N.B