Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib

ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə Nazirliyinin əməkdaşları arasında görüş keçirilib. 


Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər birgə əməkdaşlıq çərçivəsində görülən işlərin cari vəziyyətini təhlil edib, perspektiv planlara dair müzakirələr aparıb və qarşılıqlı maraq doğuran digər məsələlərdən danışıblar.

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights