Azərbaycan və Özbəkistan xarici işlər naziri Yaxın Şərqi müzakirə ediblər

ELAZ.İNFO xəbər verir ki,Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyası çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Regionda baş verən son inkişaflardan danışılıb, Yaxın Şərq bölgəsində artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğu diqqətə çatdırılıb.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights