ELAZ.İNFO xəbər verir ki, dekabr ayında Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya arasında “Xəzər dənizi – Qara dəniz” beynəlxalq marşrutun yaradılması sazişi planlaşdırılır.
Bunu Mariam Kvrivişvili Daşkənddə keçirilən Transxəzər nəqliyyat dəhlizinin investorları və nəqliyyat əlaqələrinin inkişafı forumunda bildirib.
Nazir qeyd edib ki,Xəzər regionu və Avropa İttifaqı arasında yeni multimodal nəqliyyat körpüsü olacaq, giriş marşrutlarını şaxələndirəcək və logistika zəncirlərinin dayanıqlığını gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işə salınması Azərbaycan, Gürcüstan və Türkiyə arasında fasiləsiz və səmərəli əlaqəni təmin edəcək, həmçinin bütün marşrutun əməliyyat səmərəliliyini gücləndirəcək.
N.B