Azərbaycan təhsilinin mövcud vəziyyətinə bir neçə amil təsir edir. Bu amillər həm daxili, həm də xarici faktorlardan ibarətdir və hər biri təhsilin inkişafını birbaşa və ya dolaylı şəkildə əhatə edir.
Maliyyə problemləri -maliyyənin düzgün istifadə edilməməsi. Təhsil sektorunun inkişafı üçün ayrılan büdcə, bəzən yetersiz ola bilir, bəzən də lazım olduğundan fərqli, lazımsız istiqamətlərə yönləndirilir. Müəllim maaşlarının aşağı olması və təhsil infrastrukturunun təkmilləşdirilməməsi bu sahədəki əsas problemlərdən biridir.
Müəllim hazırlığının zəifliyi. Müəllimlərin ixtisasartırma proqramlarının və təlimlərinin yetərli olmaması, təhsilin keyfiyyətinə birbaşa mənfi təsir edir. Müəllimlər daha çox köhnə metodlardan istifadə etməyə məcbur olurlar, çünki başqa alətləri yoxdur. Bu da şagirdlərin müasir dünya ilə ayaqlaşmalarında, inkişafını təmin etmələrində əngələ çevrilir. Təhsil infrastrukturunun qənaətbəxş olmaması, bəzi məktəblərdə texnoloji avadanlıqların və dərs materiallarının olmaması, tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Şəhər və kənd məktəbləri arasında ciddi təhsil fərqlərini artırır.
Cəmiyyətin ümumi təhsilə qarşı münasibəti və valideynlərin təhsil səviyyəsi də təhsil sisteminə təsir edir. Bəzi ailələr təhsilə hələ də ikinci dərəcəli bir prioritet olaraq baxır, amma cəmiyyətə umumtəhsil bazasının millətin səviyyəsi olduğunu analatmaq deyil yaşatmaq lazımdır.
Xaricdə təhsil alamağın çətinliyi, onlayın təhsilin ölkədə tanınmaması və beynəlxalq əlaqələr qurulmasınında qeyri-bərabərliyin olması, gənclərin beynəlxalq təhsil əlaqələrinin inkişafı hələ də məhdudiyyətlər qoyur. Qlobal təhsil standartlarına inteqrasiya və təhsil sisteminin modernləşdirilməsi üçün daha çox iş görülməlidir. Bu məsələlərin həlli, müəllimlərin peşəkar inkişafı, təhsil infrastrukturunun gücləndirilməsi, təhsilə ayrılan vəsaitin həm artırılması, həm də ayrılan vəsaitin düzgün istifadəsinə nəzarət edilməsidir. Lazım gələrsə fərqli nəzarət mexanizmi tətbiq edilməlidir. Çünki təhsil millətin gələcəyi və yeganə var edənidir.
Natəvan BƏYDİLİ