ELAZ.İNFO xəbər verir ki, 21 iyul həmyerlimiz, Azərbaycan əsilli İngiltərə müğənnisi, bəstəkar, həmçinin, islam dini mahnıların müəllifi, ifaçısı Sami Yusifin doğum günüdür.
Daim ürəyi Azərbaycanla döyünən həmyerlimizi təbrik edirik.
Məlumat üçün bildirək ki, Sami Yusuf, Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçi olaraq doğuşdan musiqilə güclü bir bağa malikdir.
Sami, çox kiçik yaşda piano, skripka, tar, tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrənib. O təranələrini ingliscə, farsca, turkcə, ərəbcə va hindicə oxuyur.
Sami Yusif vətənpərvərdir, Azərbaycan sevdalısıdır. O, 2009-cu ildə Xocalı Soyqırımının 18-ci il dönümündə xüsusi bəyanat verərək günahkarların cəzalandırılmasını tələb edərək deyib:
-“Biz heç bir zaman asılı olmayacağıq. Keçmiş Sovet İttifaqında yerləşən Xocalıda törədilən kütləvi qırğının 18-ci ildönümü qeyd edildi. Azərbaycanda və dünyanın başqa yerlərində baş vermiş bu və digər saysız vəhşiliklər barədə hər yerdə səslənməliyik. Biz səssizlərin və əzab çəkmişlərin səsiyik. Əgər biz sussaq, onların səsi susdurulacaq. O zaman bu əsarət özü qədər dəhşətli olmazmı? Hər kəsə sülh və xeyir – dua diləyirəm!”
Qeyd edək ki, Sami Yusuf Birləşmiş Millətlər Təşkilatının Barış elçisidir.
01 avqust 2019-cu ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkilində, keçirilməsində fəal iştirakına görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Əli İBRAHİMOV
Hüquqşünas, vəkil