ELAZ.İNFO, BAKI, 19.05.2025.
ELAZ.İNFO xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Azərbaycan Respublikası Ordusu Qarabağ bölgəsində birgə hərbi təlim keçirib.
İranın Tasnim Xəbər Agentliyi yazır ki, “Aras 2025” kod adlı birgə təlimlər bazar günü Azərbaycan Respublikasının işğaldan azad etdiyi Qarabağ ərazilərində başlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının və Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlılarının iştirak etdiyi təlimlər mayın 21-dək davam edəcək.
Yeri gəlmişkən bildirək ki, Azərbaycan və İran 2024-cü ilin noyabrında ümumi sərhəddə oxşar təlim keçirib.
İlahə BAYINDIR
ELAZ.İNFO