Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondundan açıqlama

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə pensiyaların ödəniş qrafikini açıqlayıb. Fondun rəsmi məlumatına əsasən, yanvar ayının ikinci on günlüyündə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulur. Artırılmış minimum əməkhaqqı və sosial müavinətlərin tətbiqi ilə bağlı texniki tənzimləmələr artıq başa çatdırılıb. Vətəndaşlara ödənişlərini bankomatlar vasitəsilə növbəli şəkildə almaları tövsiyə olunur.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights