Barəsində şayiələr dolaşan, rus bəstəkarın musiqi bəsətələdiyi, çətinliklərlə üzləşən müğənni Nisə Qasımovanın 72 yaşı tamam olur. “Ay ellər”, “Sənsən Həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” mahnıları sevilib.
Xarici görkəmi və səhnə hərəkətlərinin avropasayağı olması haqqında şayiələrin yayılmasına səbəb olur. Kimi onu “Alman Gəlinciyi” adlandırır, kimi isə anasının alman və ya ukraynalı olması haqda fikirlər irəli sürür. Bunlara cavab olaraq Nisə Qasımova “Azərbaycan qızıyam” mahnisını ifa edir.
21 yaşında SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni “Gül bir az”, “Gözləyəcəyəm”, “Leyla” və. s. mahnılarından ibarət albom lentə aldırır. Nisə xanimın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olur. Yaradıcılığında Alla Puqacova, İrina Alleqrova, Filipp Kirkorov kimi rus estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanım üçün Azərbaycanda sonralar çox seviləcək “Xaxatunya”, “Kaspiyskiy vals” adlı mahnılar yazır. Bəstəkar Ələkbər Tağıyevin, sonra isə qardaşının vaxtsız ölümü onu sarsıdıb və bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırıb.
Aydan