Azərbaycan Pakistanla həmrəydir

ELAZ.İNFO, BAKI, 08.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan hökuməti Pakistanla Hindistan arasında artan gərginlik fonunda Pakistana tam dəstəyini ifadə edib.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov tərəfindən Baş nazir Şahbaz Şərifə ünvanlanan məktubda bu çətin dövrdə Pakistan xalqı ilə həmrəylik və dəstək ifadə olunub.

Səfir münaqişənin dinc yolla və diplomatik vasitələrlə həllini vurğulayıb, Hindistan ordusunun son hərbi əməliyyatlarını pisləyib və zərərçəkənlərə başsağlığı verib.

ELAZ.İNFO

Bizimlə oxuyun
Verified by MonsterInsights