ELAZ.İNFO xəbər verir ki, Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri genişlənir. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən Özbəkistanla ticarət dövriyyəsi bu ilin yanvar-aprel aylarında 3 dəfədən çox artıb. İqtisadi münasibətlərin möhkəmləndirilməsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti kimi mexanizmlər mühüm rol oynayır. Bununla yanaşı, digər birgə fəaliyyət platformalarının formalaşdırılması iqtisadi tərəfdaşlığı stimullaşdıra bilər.
Natəvan BƏYDİLİ