Azərbaycan “Müxtəliflik vasitəsilə birlik” Etnomədəni Festivalında

ELAZ.İNFO Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki,  Moldovanın paytaxtı Kişineuda Stefan Çel Mare adına mərkəzi parkda “Müxtəliflik vasitəsilə birlik” Etnomədəni Festivalı keçirilib. Hər il sentyabr ayının üçüncü bazar günü baş tutan festivalda müxtəlif xalqlar və etnik qruplar öz milli mədəniyyətlərini, adət-ənənələrini, musiqi və rəqslərini, mətbəxlərini, sənətkarlıq nümunələrini tamaşaçılara təqdim edirlər.

Tədbirdə ölkəmizi Moldova Azərbaycanlıları Konqresi (MAK) təmsil edib. Azərbaycan guşəsində zəngin milli irsimizə aid xalçalar, ənənəvi bəzək və məişət əşyaları, milli mətbəximizdən örnəklər təqdim olunub. Bundan əlavə, Moldova-Azərbaycan münasibətlərini və əməkdaşlıq təşəbbüslərinə dair fotosərgi nümayiş etdirilib. Fotolarda mühüm yüksək səviyyəli görüşlər, müxtəlif mədəni tədbirlər, birgə təşəbbüslər, ünsiyyət və həmrəylik anları öz əksini tapıb.  

Azərbaycan diasporunun guşəsini Moldova Respublikasının Prezidenti Maya Sandu, Millətlərarası Münasibətlər Bürosunun baş direktoru Vyeçaslav Ryabçinski, Kişineu merinin səlahiyyətlərini icra edən İlie Çeban ziyarət ediblər. Onlara Azərbaycan diasporunun fəaliyyəti, təqdim olunan eksponatlar və mədəni irsimiz barədə geniş məlumat verilib.

Festivalda “Xarı Bülbül” həftəsonu məktəbinin şagirdlərinin ifasındakı milli rəqslərimiz tamaşaçıların rəğbətini qazanıb.  

Bizimlə oxuyun
Verified by MonsterInsights