Azərbaycan İnsan Haqları Cəmiyyəti “Ərk” hərəkatına qoşulun!

ELAZ.İNFO

BMT-nin Müstəqil Beynəlxalq Həqiqət Axtaran Komitəsi bəyanatında fəal qadın hüquqları müdafiəçisi və həmkarlar ittifaqı fəalı Şərifə Məhəmmədi barəsində verilmiş edam hökmünün bir daha təsdiqlənməsindən ciddi narahatlığını bildirib və bunu açıq-aşkar insan haqlarının pozuntusu adlandırıb.

Komitənin bildirdiyinə görə, Ali Məhkəmənin son təsdiqi nə yeni bir sənədə, nə də əvvəlki hüquqi iradların aradan qaldırılmasına əsaslanır və bu, “narahatedici” haldır. Komitə İranda bütün edamların dərhal dayandırılmasını və ölüm hökmünün icrasına moratorium tətbiq edilməsini tələb edib. O xəbərdarlıq edib ki, belə hökmün icrası “həyat hüququnun özbaşına əlindən alınması” və “beynəlxalq qanunların açıq pozulmasıdır”.

Komitə bundan əvvəl də BMT İnsan Haqları Şurasına təqdim etdiyi rəsmi hesabatda (A/HRC/58/CRP.1) Şərifənin işinə toxunmuş və onun həbs və mühakimə prosesində ciddi qanun pozuntularını sənədləşdirmişdi. Həmçinin, bu komitə dəfələrlə açıq bəyanatlarla Şərifənin edam təhlükəsi ilə üzləşdiyini xatırladaraq, onun edam hökmünü qadın və əmək fəallarına qarşı repressiyanın açıq nümunəsi kimi qiymətləndirmişdi.

Şərifə Məhəmmədinin Müdafiə Kampaniyası Həqiqət Axtaran Komitənin mövqeyini alqışlayaraq, bu işin beynəlxalq aləmdə izlənilməsinə və Şərifənin səsinin dünyaya çatdırılmasına davam ediləcəyini bəyan edib.

Riza Qaraçay

Bizimlə oxuyun
Verified by MonsterInsights