ELAZ.İNFO xəbər verir ki ,Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi Bürosunun sədri seçilib.
Bildirilib ki, Azərbaycanın bu quruma sədrliyi 2025-2027-ci illəri əhatə edəcək, rəhbər vəzifəni isə ölkənin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev icra edəcək.
2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.
Aysun NƏCƏFOVA