Azərbaycan iki dövlət arasında tərəf tutmur

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan  milli maraqlara söykənən xarici siyasəti yürüdür  və digər ölkələrlə, o cümlədən İran və İsrail ilə qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində bildirib ki,:”Azərbaycanın məqsədi bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir: “Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə siyasət yürüdürük”

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights