ELAZ.İNFO xəbər verir ki,Leyla Abdullayevanın sözlərinə görə Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasına ümid edir.
Leyla Abdullayeva bunu yerli KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün Fransada müşahidə olunan siyasi böhran Parisin müxtəlif siyasi sahələrinə təsir göstərə bilər: “Azərbaycan hadisələrin inkişafını izləməyə davam edəcək. Aydındır ki, Fransadakı daxili böhran digər sektorlara da təsir göstərə bilər. Lakin biz onun necə bitəcəyini müşahidə edəcəyik. Biz böhranın ikitərəfli münasibətlərimizə birbaşa təsirini görməsək də, ümid edirik ki, onlar tezliklə normallaşacaq”.
Aydan