Vətəndaşlıqdan məhrum edilən Elşən İbrahimov deportasiya edildi

ELAZ.İNFO xəbər verir ki, Moskva vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Elşən İbrahimov deportasiyaya münasibət bildirib.
Elşən İbrahimov bu barədə iyulun 9-da Bakıya uçmazdan əvvəl “İzvestiya”nın müxbirinə bildirib ki, “onun deportasiya qərarı sürpriz olub.

E. İbrahimov etiraf edib ki, “Rusiyanı tərk etmək məcburiyyətində qaldığı üçün “bir az üzülüb”.

Məlumat üçün bildirim ki, iyulun 2-də Zaxarova bildirib ki, “Moskva Bakını ölkələrin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır. O əlavə edib ki, bütün məsələlər diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq yolu ilə həll edilməlidir”.

Onu da qeyd edək ki, iyunun 18-də Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights