Azərbaycan bir daha təsdiq etdi ki,BMT-nin insan hüquqları orqanları ilə əməkdaşlığa sadiqdir

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan insan hüquqları mexanizmləri ilə həqiqi dialoqun daha yaxşı anlaşmanı təşviq edə və sistemin effektivliyini gücləndirə biləcəyinə inanır.

Bu, Azərbaycanın BMT İnsan Hüquqları Şurasında 5-ci gündəm maddəsinin müzakirəsi zamanı səsləndirilən bəyanatında öz əksini tapıb.

“Biz xüsusi prosedurların mandatını daşıyan şəxslərin işinə böyük əhəmiyyət veririk. Onların fəaliyyəti ciddi şəkildə mandatları çərçivəsində, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, müvafiq qətnamələrə və Davranış Kodeksinə tam hörmətlə həyata keçirilməlidir. Üzv dövlətlərlə konstruktiv əməkdaşlıq vacibdir və dövlətlər tərəfindən təqdim edilən məlumatlar əməkdaşlıq ruhu ilə lazımi şəkildə nəzərə alınmalıdır”, – bəyanatda qeyd olunub.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights