Azərbayan və Özbəkistan birgə əməkdaşlıq edir

ELAZ.İNFO xəbər verir ki, Azərbayan və Özbəkistan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fəal danışıqlar aparılır.

Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Oleq Pekos bildirib ki,“Startapların və rəqəmsal innovasiyaların dəstəklənməsi sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində “IT Park Uzbekistan” və “Sabah.Hub” (Azərbaycan) arasında birgə IT-habın yaradılması ilə bağlı aktiv danışıqlar aparılır. Bu, birgə startapların və innovativ layihələrin dəstəklənməsi, iki ölkənin ekspertlərinin iştirakı ilə təlim və akselerasiya proqramlarının keçirilməsi, perspektivli layihələrin aşkarlanması və onların beynəlxalq bazarlara çıxarılmasına yönəlmiş birgə hakatonların, “startup weekends” və demo günlərinin keçirilməsi üçün platforma olacaq”.

AYDAN

Bizimlə oxuyun
Verified by MonsterInsights