ELAZ.İNFO xəbər verir ki, Rusiyanın türkdilli xalqlara qarşı apardığı siyasətə qarşı çıxan tanınmış jurnalist Azər Həsrət bu mövzuda tutarlı faktlara əsaslanaraq öz fikrini bildirirb.
Azər Həsrət söyləyib ki, “Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin qırmızı-qırmızı deyir ki, 20 min özbək, tacik və qırğızı tutub Ukrayna müharibəsində ön cəbhəyə göndərmişik! Özü də bunlar Rusiya vətəndaşı deyillər!
Biz neçə ildir deyirik ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin bir məqsədi də türklərə qarşı soyqırım tətbiq etməkdir! Alın sizə daha bir sübut!!!”
Türkdilli xalqlara qarşı əsrlərlə özünün gizli siyasətini aşkar aparan Rusiyanın bu növbəti addımına qarşı çıxan Azər Həsrət hiddətlə söyləyir ki, “Bu lənət imperiyası çökməlidir! Türk xalqlar mümkün qədər tez Moskvanın işğalından azad olub müstəqilliyə qovuşmalıdır! Yoxsa bu urus kökümüzü kəsəcək! Urusa köpəklik edənlər də bu bastrıkinlər kimi məsuliyyət daşıyır, mütləq cavab verəcəkləri gün gələcək!”
Yazdı:
İlahə BAYINDIR