Azərbaycanlı hakim Çağırış Kubokunun oyununa təyinat alıb

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Çağırış Kubokunun oyununa təyinat alıb.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, o, 1/4 final mərhələsinin “Kaposvari” (Macarıstan) və “Nova Qoritsa” (Sloveniya) klubları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi vəzifəsini isə türkiyəli Cevril Ebru Kaya icra edəcək.

Qeyd edək ki, CEV Hakimlər Komitəsi bu il yeni layihəyə – “CEV Mentoring Program 2026”ya start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur.

Layihə çərçivəsində yeni hakimlər yarışlara birinci referi olaraq təyinat alırlar. Təcrübəli ədalət təmsilçiləri isə oyunda ikinci hakim olurlar və matçdan sonra yenilərin işini qiymətləndirirlər.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights