Azərbaycanın valyuta ehtiyatları rekord həddə çatır: Yeni göstəricilər açıqlandı

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin ilk hesabatını yayımlayıb. Məlumata görə, ölkənin rəsmi valyuta ehtiyatları yanvarın 1-nə olan vəziyyətə görə artaraq 11 milyard 514,9 milyon ABŞ dollarına çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% artım deməkdir.

İqtisadi ekspertlər bildirirlər ki, bu artım neft və qeyri-neft sektorundan daxilolmaların sabitliyini, eləcə də ölkənin maliyyə dayanıqlığını göstərir. Valyuta ehtiyatlarının artması manatın məzənnəsinin sabit saxlanılması və inflyasiya risklərinin idarə olunması baxımından strateji əhəmiyyət kəsb edir. Həmçinin, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin də artması ilə Azərbaycanın ümumi strateji valyuta ehtiyatlarının yaxın aylarda daha böyük rəqəmlərlə ifadə olunacağı gözlənilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights