Ayxan Hacızadə  iddialara cavab verib

ELAZ.İNFO xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyir ki, guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilir.

Bu  iddealar barədə  isə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə  şərh  bildirib.

“Azərbaycanın Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.

Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.

Sözardı: İranlı qardaşlarımız  görəsən nədən narazıdırlar?

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights