ELAZ.İNFO BAKI 14.05.2025
Qardabanı rayonunun Kosalı kənd sakini Aytac Məmmədovanın meyiti tapılıb.
ELAZ.İNFO xəbər verir ki, 45 gün əvvəl müəmmalı şəkildə itkin düşən və özünü Kür çayına atdığı ehtimal edilən Aytac Məmmədovanın cəsədi çaya düşdüyü ərazidən 40-50 metr aralıda aşkar edilib.
O da müəammalıdır ki, 45 gündür hadisə baş verdiyi deyilən yerdən 45-50 metr aralıda olan meyit tapılmırmış.
Hadisə yerinə çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyit sudan çıxarılıb və ekspertizaya göndərilib. Hazırda ekspertizanın nəticələri gözlənilir deyə Musavat.com ixəbər verir.
Xatırladaq ki, Aytac Məmmədova 45 gün əvvəl naməlum şəraitdə itkin düşmüş və onun sonuncu dəfə Kür çayı sahilində görüldüyü bildirilmişdi. İtkin düşdüyü gündən bəri ailəsi və yerli sakinlər tərəfindən axtarışlar davam etdirilirdi.
Qeyd edək ki, Aytac ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra qız anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.
Aydan ŞƏRBƏTOVA