Aydınların Xəyanəti və ya Susqunluğu

ELAZ.İNFO

Gün aydın, istiqlalçı aydınlar! Sözünüz millətin yolunu işıqlandırır, qəlblərə ümid saçır.”
Amma bir sual qalır: əgər aydınlar susursa, millət hara baxacaq?

Susqunluq – Millətin Düşməni

Aydınların səsi susduqda, millət qaranlıqda qalır. Susqunluq yalnız səssizlik deyil; o, bəzən açıq xəyanətdən də təhlükəlidir. Millətə yol göstərməli olanlar susduqda, düşmənin yalanları, zülm və əsarət daha da dərinləşir. Bu, xalqın gələcəyinə edilən bir xəyanətdir.

Xəyanət Nəticələri

Tarix göstərir ki, millətin aydınları yolunu itirdikdə, xalq da yolunu itirir. Aydınların susqunluğu və ya əməllə xəyanəti, millətin azadlıq arzularını boğur, iradəsini zəiflədər. Sözün və qələmın gücü istifadəsiz qaldığında, xalqın ümid çırağı sönür.

İstiqlalçı Aydınların Məsuliyyəti

Hər istiqlalçı aydın bilmək məcburiyyətindədir ki, susmaq artıq bir seçim deyil. Millətin yolunu işıqlandırmaq, qəlblərə ümid saçımaq və haqqı söyləmək bir borcdur. Susmaq və ya alçaldıcı kompromislərə getmək, millətin gələcəyinə xəyanətdir.

Mənim Çağırışım

Mən millətimə və istiqlal yolunun yolçularına səslənirəm:

Gün aydın, istiqlalçı aydınlar!

Gün aydın, sözünüzü millət üçün qoruyanlar!

Gün aydın, ümid çırağını sönməyə qoymayanlar!

Susqunluq və xəyanət millətin qarşısında durmamalıdır. İstiqlalın yolu, aydınların qəlbindən keçən dürüstlük və cəsarət ilə açılır. Millətimizin sabahı, sizin sözünüzdən, iradənizdən və vicdanınızdan asılıdır.

Rıza Qaraçay Təbriz

Bizimlə oxuyun
Verified by MonsterInsights