ELAZ.İNFO xəbər verir ki, 80-ə yaxın filmdə əməyi olsa da fəxri ad almayan Tələt Rəhmanovun bu gün doğum günüdür.
T.Rəhmanovdan sonra bu sahəyə gələnlər ad alıblar, o da istəyirmiş ki, gördüyü işlərin qarşılığı olaraq fəxri ad alsın. Lakin heç vaxt bunu dilə gətirməyib. Narazılığını həmişə qəlbində saxlayıb. Vəfatından bir müddət əvvəl infarkt keçirib. Öləndə həyat yoldaşı elə bilib ki, zarafat edir. Həmin gün çəkilişdən gəlib. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışır. Danışdığı yerdə qəfil səsi xırıldamağa başlayıb. Həyat yoldaşı deyir ki, “ay Tələt, bəsdi də aktyorluq elədin”. Sonra görüblər ki, o, özündən gedir. Həkimlər gələnədək isə artıq gec olur. Tələt Rəhmanov noyabrın 13-də dünyasını dəyişib.
Aydan


