Axund 16 yaşlı qızı qaçırdı

ELAZ.İNFO xəbər verir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb.

Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Hadisə ilə bağlı başqa bir detal isə axundun məscidə yığılan pulları da ələ keçirməsidir. İddia olunur ki, axund məscidin 20 min manatını da ələ keçirib.

Bu axunda bir dəfə ailə qurub. Arvadını döydüyü üçün qadın bundan boşanıb.

Səfər İBRAHİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights