Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisində gördüklərimdən sonra bu tarixi hadisə yadıma düşdü:
Charles-Maurice de Talleyrand-Périgord (Taleyran) tarixin ən bacarıqlı və mübahisəli fransız diplomatı və dövlət xadimlərindən biri idi. Zadəgan ailəsindən olmasına baxmayaraq, anadangəlmə topallıq (topal ayaq) səbəbindən hərbi karyera qurması mümkünsüz idi, buna görə də kilsəyə yönəldildi. Bir neçə dəfə Fransanın Xarici İşlər Naziri (və ya Xarici Əlaqələr Naziri) vəzifəsini tutmuşdur, o cümlədən Napoleonun dövründə onun baş diplomatı olmuşdur.
Onun haqqında müxtəlif əfsanələr və rəvayətlər dolaşır, lakin bir fakt onun necə nəhəng şəxs olmasını təsdiq edir. Vyana konfransı Napoleon müharibələrindən sonra Avropada sülh və sabitliyi bərpa etmək, həmçinin sərhədləri yenidən müəyyənləşdirmək məqsədilə toplanmışdı.
Teleyran Fransa adından konfransa qatılmışdı. O zaman Fransa Napoleondan sonra məğlub dövlət idi, lakin Teleyranın diplomatik bacarığı sayəsində Fransa məğlub ölkədən bərabərhüquqlu tərəfdaş səviyyəsinə qaldırmaq niyyətində idi.
Dünyanın siyası xəritəsini dəyişəcək olan 1814-cü il Vyana konqresi əhəmiyyətli olduğu üçün liderlərin bir olduğu portret hazırlanması Jean-Baptiste Isabéyə həvalə edilir. Isabey Fransada XVIII–XIX əsrlərdə tanınmış portret və tarix rəssamı idi. O, Napoleondan əvvəl və sonra müxtəlif hökmdarlara xidmət etmiş, həmçinin rəsmi diplomatik hadisələrin sənətkar görüntülərini yaratmışdır. Vyana Konfransı onun karyerasında xüsusi yer tutur, çünki bu əsər onun diplomatiya və sənəti birləşdirməsinin parlaq nümunəsidir.
Bu əsər, konfransın rəsmi nümayəndələri arasında diplomatik müzakirələrin keçirildiyi atmosferi təsvir edir. Portretdə Fransa, Avstriya, Böyük Britaniya, Prussiya, Rusiya, İspaniya, Portuqaliya və İsveçin hökmdarları təsvir edilmişdir. Bu əsər, həmçinin “The Congress of Vienna” adı ilə də tanınır.
Əsərdə diplomatik müzakirələrin canlı atmosferi əks olunmuş, salonun dekorasiyası, nümayəndələrin geyimləri və mövqeləri diqqətlə göstərilmişdir.
Rəssam burda Rusiya və müttəfiqlərin qalib olmasını göstərməli, eyni zamana Taleyranın xahişini yerə salmadan Fransanın qüdrətini göstərməli idi. Əsas güc o dövrdə Rusiya çarı I Aleksandrı olduğu üçün portretdə o, zala daxil olanda yanında Avstriyanı təmsil edən, Klemens fon Metternix, Prussiyanı təmsil edən Hardenberq və Böyük Britaniyanı təmsil edən Lord Kastlri var idi. Lakin bütün diqqət Fransa nümayəndəsi Taleyranın diqqətəlayiq şəkildə mərkəzdə yerləşdiyi nöqtədə idi. Talleyran yalnız bir iştirakçı deyil, Vyana Konfransının mühüm qərarlarının formalaşmasında təsirli diplomat kimi təqdim olunur
O, digər dövlət nümayəndələrinin ətrafında yerləşir, lakin onun mövqeyi — salonun mərkəzində — simvolik olaraq Fransa diplomatiyasının yenidən güclənməsini göstərir. Əsərdəki işıqlandırma və perspektiv texnikası da onu vizual olaraq ön plana çıxarır.
Talleyranın oturduğu mərkəzi mövqe sadəcə estetik seçim deyil, həm də diplomatik strategiyanın vizual ifadəsidir.
Robert Greenin “Hakimiyyətin 48 qanunu” kitabından bir sitatı sonda qeyd etməyim lazımdır:
“Cəmiyyət arasında həddən artıq fəal hərlənməyiniz qiymətinizi aşağı salır. Siz nə qədər çox görünürsünüz və eşidilirsinizsə, bir o qədər bayağı təəssürat yaradırsınız. Reputasiya – hakimiyyətin təməl daşıdır. Reputasiyanın köməyi ilə siz qorxu təlqin edə və qələbə çala bilərsiniz. Onun yalnız laxlamasına bənddir və siz aciz olur, hər tərəfdən hücumlara məruz qalırsınız.
Reputasiya – xüsusi diqqətlə toplanmalı, qorunub saxlanmalı olan xəzinədir. Eynən Taleyran Vyana konqresi zaman heç bir güclüyə əyilmədən, sınmadan, baş əymədən bütün diqqətləri öz üzərində formalaşdırıb Reputasiyasını qoruduğu kimi!
Prof.Dr.Zaur Aliyev