AXC-nin buraxdığı ilk markalar imiş

ELAZ.İNFO xəbər verir ki, 1919-cu il 6 oktyabrda Azərbaycan Poçt və Teleqraf Nazirliyi yaradılıb. 20 oktyabr tarixində isə Azərbaycanın ilk poçt markaları nazirlik tərəfindən buraxılıb.

“Azərpoçt”dan verilən məlumata görə, “Azərpoçt” MMC Azərbaycanda marka sahəsini inkişaf etdirərək növbəti mühüm və tarixi bir missiyanı gerçəkləşdirib. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) buraxdığı ilk poçt markalarını “WNS” vasitəsilə rəsmi qeydiyyatdan keçirib. Bu addım Azərbaycan dövlətçilik və poçt tarixinin çox keçmişə söykəndiyini sübut etməklə yanaşı, tarixi mirasın beynəlxalq müstəvidə qorunmasına da birbaşa xidmət edir.

Qeyd edək ki, 1918-ci ildə AXC qurulduqdan bir il sonra, 1919-cu il 6 oktyabrda Azərbaycan Poçt və Teleqraf Nazirliyi yaradılıb. 20 oktyabr tarixində isə Azərbaycanın ilk poçt markaları nazirlik tərəfindən buraxılıb.

“Azərpoçt”un bu bu addımı Azərbaycan dövlətçiliyi tarixinin təbliğatına xüsusi bir töhfə kimi dəyərləndirilə bilər.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights