ELAZ.İNFO xəbər verir ki, axşam saatlarında Biləsuvar şəhəri ərazisində yolun kənarında saxlanılmış “Vaz 21074” markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub.
Yerli sakinlərin dediyinə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Abbaslı və İ.Məmiyev saxlanılıblar. Məlum olub ki, həmin şəxslər avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından istifadə edərək nəqliyyat vasitəsini qaçırıblar.
Faktla bağlı araşdırma aparılır.
Sevinc QASIMOVA


