ELAZ.İNFO xəbər verir ki, Evka-4 marşrutu üzrə hərəkət edən 566 saylı ESHOT avtobusu naməlum səbəbdən qəflətən yanıb. Alov sürətlə avtobusu bürüyüb və içərisində olan sərnişinlər böyük təşviş yaşayıb. Sərnişinlər avtomobildən düşərək öz vasitələri ilə uzaqlaşıblar. Avtobus tamamilə yanmağa başlayanda ərazidə olan vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Lakin yanğına gec müdaxilə etdiyini iddia edən vətəndaşlar həm avtobus sürücüsünə, həm də xilasetmə qruplarına reaksiya verib.
Hadisə axşam saatlarında Bornova rayonunda baş verib.
Aysun NƏCƏFOVA
