Avstraliyanın baş naziri: -“Kiyevə vəd edilmiş, istismardan çıxarılan Abrams tankları Ukraynaya göndərildi”

Entoni Albanese deyib ki, ölkə “Ukraynaya hərbi dəstək verməyə” davam edəcək

ELAZ.İNFO, BAKI, 18.05.2025.


ELAZ.İNFO xəbər verir ki, Avstraliya hökumətinin Kiyevə vəd etdiyi istismardan çıxarılan M1A1 Abrams tankları artıq göndərilib və “Ukraynaya gedir”. Bu sözləri Avstraliyanın Baş naziri Entoni Albanese jurnalistlər üçün keçirilən onlayn brifinq zamanı deyib.

TASS-ın yazdığına görə, Baş nazir deyir ki, “Albanese vəd edilmiş M1A1 Abrams tanklarının “hazırda yolda olduğunu” söylədi və “Ukraynaya hərbi dəstək verməyə davam edəcəyinə” söz verdi. “Biz həmçinin Ukraynada sülh bərqərar olduqdan sonra Ukraynaya sülhməramlı kontingentin göndərilməsi ilə bağlı “istəklilər koalisiyası”nın istənilən təklifini nəzərdən keçirməyə hazırıq”.

Bundan başqa baş nazir xatırladıb ki, Avstraliya “Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı 1400-dən çox sanksiya” tətbiq edib. Üstəlik əlavə edib ki, “Və biz Rusiyaya təzyiq göstərmək üçün başqa nə edə biləcəyimizi nəzərdən keçirməyə davam edirik.

Entoni Albanese daha əvvəl bildirilmişdi ki, “Avstraliya M1A1 Abrams-ın başqa ölkəyə təhvil verilməsi üçün ABŞ tərəfindən rəsmi icazənin olmaması səbəbindən istismardan çıxarılan 49 Amerika tankını Kiyevə göndərməkdə çətinlik çəkir”.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin mart ayından Avstraliya Ukraynaya silah və sursat, o cümlədən Bushmaster zirehli transportyorları, M777 haubitsaları, M113 zirehli maşınları, tank əleyhinə sistemlər və pilotsuz uçuş aparatları verir.

2022-ci ilin mart ayından Avstraliyadan Kiyevə yardımın ümumi məbləği 1 milyard dolları ötüb ki, bunun da 880 milyon dollardan çoxu silah və sursatların alınmasına xərclənib. Kanberra həmçinin Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün 90 hərbi təlimatçı göndərib və 2023-cü ilin oktyabr ayından etibarən Ukraynanın təchizat marşrutlarının qorunmasına kömək etmək üçün Almaniyadakı Ramstein Hava Bazasında RAAF E-7A Wedgetail kəşfiyyat təyyarəsi və 100-ə qədər hərbçi yerləşdirilib. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edən ən azı 48 Avstraliya vətəndaşı da var.

Materialı hazırladı:

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights