Avstraliyanın Darling Dovns zooparkında qadın şir hücumuna məruz qalıb.
ELAZ.İNFO xəbər verir ki, Kvinslend əyalətindəki zooparkdan verilən açıqlamada 50 yaşlı qadının ət yeyənlərin yerləşdiyi ərazidə heyvan baxıcılarının işlərini seyr edərkən hücuma məruz qaldığı bildirilib.
Türkiyənin Haberler.com saytı yazır ki, Piltondan Brisbane helikopterlə aparılan qadın əməliyyat olunub. Onun vəziyyətinin stabil olduğu bildirilsə də, bəzi KİV-lər qadının qolunu itirdiyini yazıb.
Zoopark rəsmiləri hadisənin necə baş verdiyi ilə bağlı hökumətlə birlikdə araşdırma apardıqlarını açıqlayıb. Açıqlamada, “Bir heyvan qadının qolundan tutub ağır yaralayıb. Aslanın heç bir mərhələdə qəfəsini tərk etmədiyi bildirilib.
Qadının işçi olmadığı, zoopark ailəsinin çox sevilən üzvü olduğu və 20 ildir ki, işçilərin işini izlədiyi bildirilir.
Məlumat üçün bildirək ki, hadisədən sonra bağlanan zooparkın sabah yenidən açılacağı gözlənilir. Verilən açıqlamada, deyilir ki, “Heyvan heç bir şəkildə cəzalandırılmayacaq”.
Günel GÜNTAC
