“Avstraliya”cənub deməkdir

ELAZ.İNFO

Məlumdur ki, Nyu-York 1624-cü ildə hollandlar tərəfindən salınmışdır. Onlar öz koloniyalarını vətəndəki şəhərin şərəfinə Yeni Amsterdam adlandırırlar. Lakin 1664-cü ildə şəhər ingilislər tərəfindən ələ keçirilmiş və İngiltərə hersoqu Yorkun şərəfinə Nyu-York adlandırılmışdır.
Amma maraqlıdır ki, Avstraliya da əvvəlcə Yeni Hollandiya adlanırdı. Belə ki, qitəni ilk dəfə 1606-cı ildə holland dəniz səyyahı Villem Yanszon kəşf etmiş və buranı vətəninin şərəfinə Nyu Holland olaraq adlandırmışdı. Lakin, 1814-cü ildə britaniyalı dəniz səyyahı Metyu Flinders onu “Avstraliya”(latınca australis cənub mənasını verir) adlandırmağı təklif etmişdir. Bundan sonra 1824-cü ildə İngiltərə hərbi donanması qitə üçün bu adı təsdiqləyir və bütün dünya bunu qəbul edir.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights