Avropaya “bilməmək” sərf edir

2035-ci il. Euronews-dan xəbərlər:

-Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 815-ci sanksiyalar paketini hazırlayır və qeyd edir ki, bu sanksiyalardan 3 ay sonra Rusiya 100% çökəcək.

-Avropanın bir çox şəhərlərində insanlar siçovul əti üçün uzun növbələrə dayanıblar.

-Totalitar Rusiya rejimi Afrikanın taxıl təminatının 53%-nə, Asiyanın – 46%-nə nəzarət edir.

-Hələlik isə 2025-ci ildir. Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyir.

Guya bilmirlər ki, onminlərlə sanksiya niyə Rusiyaya təsir etmir. Hələ Lenin deyirdi ki, kapitalist yüksək mənfəət naminə onu boğazından asacağın kəndiri də sənə satar.

Aşağıdakı diaqramlara baxın. Orada Avropa ölkələrinin Qırğızıstana ixracının dinamikası əks olunub. Nədənsə 2022-ci ildən etibarən Qırğızıstanın Avropa ölkələrindən idxalı kəskin artmağa başlayıb. Heç kimi də maraqlandırmır ki, balaca Qırğızıstan bu qədər malı neynəyir və bunun pulunu hardan tapır? Elə Qırğızıstanın milli statistikasına baxsalar, məlum olacaq ki, orada bu qədər mal istehlak olunmur. Bəs onda bu mallar hara gedir? Əlbəttə, Rusiyaya. Amma bu böyük sirrdir – heç kim bilmir!!!

Eynisini Ermənistan, Gürcüstan, Türkiyə və s. ölkələr də edir. Rusiyaya satılması qadağan edilən hər şey bu ölkələr vasitəsilə ona satılır. Guya bunu Aİ bilmir? Bunu uşaq da bilər. Lakin Avropaya “bilməmək” sərf edir. Çünki “bilsə”, bu ölkələrə qarşı da sanksiyalar tətbiq etməlidir. Amma onlara qarşı sanksiyalar tətbiq etsə, onda malını kimə satacaq? Rusiya boyda bazarı, milyardları itirmək axmaqlıqdır axı! Buna görə də onlar bundan “xəbərsizdirlər”.

…və yeni sanksiyalar paketi üzərində “yoruldum” demədən işləyirlər.

Arada “slavaukrayna”çılar qırılır.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights