“Ukrayna layihəsi”nin uğursuzluğunu görən ABŞ bu ilin yanvarından ona investisiya yatırmağı dayandırdı (bu il havayı verilən vəsaitlərin hamısını Bayden administrasiyası 2024-cü ilin dekabrında təsdiq etmişdi) və layihədən bu başdan pul qazanmaq taktikasını seçdi – silahları yalnız pulla satmağa başladı. Bundan sonra “Ukrayna layihəsi”ndə ABŞ-ın da investisiya payı Avropanın boynuna qaldı. Həmin vaxtadək qoyulan cəmi investisiya isə qarantiya məbləğinə yaxın idi. Həm də Avropanın tələb olunan investisiya üçün artıq pulu yoxdur.
Buna görə də sonuncu qarantiya vasitəsinə – Rusiyanın Qərb banklarında dondurulmuş aktivlərinə keçdilər. Əvvəl həmin aktivlərdən faiz gəlirlərini istifadə etdilər. Sonra aydın oldu ki, bu vəsait azdır. Mayanı götürmək lazımdır, lakin Rusiya pullarını elə mənimsəmək lazımdır ki, bu soyğunçuluq kimi görünməsin.
O da məlumdur ki, aylardır davam edən müzakirələrdən sonra oktyabrda Avropa Komissiyası (AK) qərara gəldi ki, son qərarı 18-19 dekabr iclasında verəcək.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi