ELAZ.İNFO xəbər verir ki, “Müstəqil Fransa” (LFI) partiyası ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında yaydığı bəyanatda Qlobal Sumud Donanmasının yola düşməzdən əvvəl Tunis sularında iki dəfə pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücuma məruz qaldığını qeyd edib.
Bəyanatda Avropa İttifaqı (Aİ) və onun üzv dövlətlərinin bu hücumlara cavab vermədiyi və Avropanın hər yerindən 158 millət vəkili, senator və Avropa Parlamentinin üzvü Qlobal Sumud Flotilla üzvlərini qorumaq üçün təcili tədbirlər görülməsini tələb edərək xarici işlər nazirliklərinə məktub göndərdiyi qeyd edilib.
Bəyanatda həmçinin bu nazirliklərdən bu hücumların cəzasız qalmaması üçün konkret tədbirlər görməyə və flotiliya ekipajlarına diplomatik və konsulluq mühafizəsi təmin etməyə çağırılıb.
Günel Güntac