Avropadan soyuq küləklər əsir

Gürcüstanda seçkilərin yenidən keçirilməsi ilə bağlı çağırışlar gəlib. Bu çağırışların ünvanı Avropa Parlamentidir.

Axı nə səbəblə Avropa hər işi öz istəyi ilə ölçür? Bütün siyasi-iqtisadi proseslərə özü rəhbərlik etmək istəyir? Bu seçkiləri keçirən də gürcü xalqıdır; fərq eləməz ya 55 %, ya 80 % – hər halda, bu seçkilərdə səs verənlər Gürcüstan vətəndaşlarıdır və bu onların konstitutsion hüquqlarıdır. Necə ki, bir nəfərin hüququ qorunursa, ümumilikdə, bir mənalı şəkildə 55-in də, 60-ın da, 70-in də hüququ qorunmalıdır. Seçkilərə ev sahibliyi edənlər gürcüstanlılardır. Gürcüstan Qafqazdır- geosiyasi maraqlar və istəklər regiona uyğun olaraq balanslaşdırılmalıdır. Hər halda, Avropa tərəfindən dəstəklənən Ukraynanın taleyi göz önündədir. Gürcü xalqı və dövləti bunu görür.

Avropa Parlamentinin deputatı Sebastian Tink özünün atəşin çıxışında qətiyyətli bir şəkildə bildirir ki, “Gürcü arzusu” partiyası bütün öhdəlikləri pozur, Gürcüstan avtoritar dövlətə çevrilir, Rusiya agentləri” çoxalır.

Avropa Parlamentinin litvalı üzvü və Gürcüstan üzrə daimi məruzəçisi Rasa Juknevicie isə -“Avropanın Gürcüstana qarşı siyasətinə yenidən baxılmalıdır” hədə-qorxusu ilə çıxış edir.

Maraqlıdır, Rasa xanımın bu fikirləri Avropaya açılan qapıların bağlanması anlamındadırmı? Bunu zaman göstərəcək. Amma hələlik Gürcüstana qarşı hədə-qorxular, təhdidlər havaya sovrulmaqdadır. Gürcüstan Qafqaz dağlarının soyuqluğunu və dik duruşunu qorusa mütləqdir ki, sabitliyi də qoruyub saxlayacadır.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights