ELAZ.İNFO xəbər verir ki, səhiyyə orqanları bütün Avropadakı xəstəxanaları zəbt edən ölümcül və dərmana davamlı göbələk infeksiyası olan Candidiasis auris (C. auris) ilə bağlı təcili xəbərdarlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu göbələyi “bəşəriyyət üçün ciddi təhlükə” kimi xarakterizə edib və bildirib ki, bu mövcud olan bir neçə antifungal dərmana sürətlə müqavimət qazanır.
Məlumat üçün bildirək ki, Avropa Xəstəliklərə Nəzarət Mərkəzinin (ECDC) yeni hesabatına görə, 2013-2023-cü illər arasında 4000-dən çox insan infeksiyaya yoluxub.
Təkcə 2023-cü ildə bildirilən 1346 hadisə əvvəlki illə müqayisədə 67 faiz artım deməkdir. Yoluxmuşların təxminən 60 faizi 90 gün ərzində ölür.
Günel GÜNTAC