Avropanın Trampı aldatmaq, tələyə salmaq, öz maraqlarına oynatmaq uğrunda səkkiz aylıq hiylələri, yaltaqlıqları, provokasiyaları və planları boşa çıxdı. Onlar aylardır Trampın Rusiyaya qarşı ən ağır sanksiyalar tətbiq etməsi üçün şərait yaradır, bunu tələb edirdilər.
Tramp isə anlayırdı ki, avropalılar ABŞ-ı taran kimi Rusiyanın və Çinin, indi həm də Hindistanın “qala” divarlarına çırpmaq istəyirlər. Başa düşürdü ki, bu ABŞ üçün də ağır nəticələrə səbəb olacaq. Buna görə də müxtəlif bəhanələrlə sanksiyaları təxirə salırdı. Nəhayət, Avropanı yerində oturtmaq üçün səbəb tapdı.
13 sentyabrda Tramp sosial şəbəkə profilində ənənəvi stilində aşağıdakılar yazdı:
“Prezident Donald C. Trampın bütün NATO ölkələrinə və dünyaya göndərdiyi məktub:
-“Mən Rusiyaya qarşı böyük sanksiyalara hazıram, bu şərtlə ki, qalan NATO ölkələri də eynisini etsinlər və Rusiyadan neft alışını dayandırsınlar.
Bildiyiniz kimi, NATO-nun QƏLƏBƏYƏ köklənməsi 100%-dən çox azdır və bəzi üzv ölkələrin Rusiyadan neft alışı şok edicidir! Bu bizim Rusiya ilə danışıqlardakı mövqeyimizi ciddi zəiflədir. Bütün hallarda siz nə vaxt hazır olsanız, mən “başlamağa” hazıram. Sadəcə, deyin, nə vaxt? Əminəm ki, bu tədbirlər, həmçinin NATO-nun bir qrup kimi Çinlə ticrətə qoyacağı 50% və ya 100% tariflər, hansılar ki, Rusiya-Ukrayna müharibəsi bitəndən sonra ləğv olunacaq, bu axmaq və mənasız müharibənin bitməsinə güclü kömək edər. Çin Rusiyaya gücü nəzarət edir, hətta onu caynaqlarına alıb və bu güclü tariflər onun caynaqlarını zəiflədə bilər. Bu Trampın müharibəsi deyil (və mən prezident olsaydım, heç vaxt başlamazdım), bu Baydenin və Zelenskinin müharibəsidir. Mən burada yeganə şəxsəm ki, onu dayandırmağa, minlərlə rus və ukraynalının həyatını xilas etməyə çalışıram (təkcə ötən həftə 7118 həyat itirilib. Əgər NATO mən deyən kimi etsə, bu müharibə tezliklə bitəcək və bütün bu həyatlar xilas olacaq! Əgər etməsə, siz, sadəcə, mənim vaxtımı, həmçinin Birləşmiş Ştatların vaxtını, enerjisini və pulunu boş yerə sərf edirsiniz. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!
Donald C. Tramp, Amerika Birləşmiş Ştatlarının Prezidenti”
NATO ölkələrinə (Avropaya) ünvanlanmış bu uzun mesajın məğzi onun sonundadır və onu bir cümlə belə ifadə etmək olar: -Bir də zəhləmi tökməyin – mən sizə pul verən deyiləm!
Çünki Avropa Trampın şərtlərini qəbul edə bilməz! Onları qəbul etməyin fəsadları etməməyin fəsadlarından böyükdür.
Asif ŞƏFƏQQƏTOV