ELAZ.İNFO xəbər verir ki, Avropa İttifaqı ilə Cənubi Amerikanın ticarət bloku (MERCOSUR) arasında imzalanması gözlənilən nəhəng ticarət sazişi qitəni qarışdırıb. Bu gün səhər saatlarından etibarən Fransa, Belçika və Almaniyada minlərlə fermer traktorları ilə Avropa Parlamentinə gedən yolları və strateji magistralları blokadaya alıb.
Fermerlərin əsas etirazı Cənubi Amerikadan gələcək ucuz və Avropa standartlarına cavab verməyən kənd təsərrüfatı məhsullarının daxili bazarı məhv edəcəyi ilə bağlıdır. Sübut olaraq göstərilir ki, yeni sazişlə Avropaya hər il rüsumsuz 99 min ton mal əti idxal ediləcək. Bu isə yerli istehsalçılar üçün müflis olmaq deməkdir.
Eyni zamanda, bu gərginlik fonunda Avropanın şərqində – Bolqarıstanda siyasi böhran pik həddə çatıb və hökumət istefa verməyə məcbur olub. Ekspertlər xəbərdarlıq edir ki, bu iqtisadi dalğa yaxın günlərdə digər Avropa paytaxtlarına da sıçraya bilər.
Ruslan MƏMMƏDOV